Referans Mərdəkan Hospital · Mərdəkan qəs., Xəzər ray.

Qəbul üçün 055 313 99 43
Əzizə Şıxvəliyeva Həkim-pediatr

Xidmət

Laborator və instrumental müayinələrin qiymətləndirilməsi

Bütün analizlər eyni dərəcədə faydalı və lazımlı deyil. Analiz verməzdən əvvəl həkimlə məsləhətləşmək uşağın təkrar qan verməsinin qarşısını alır.

Nəticələr necə oxunur

Uşaqlarda yaşdan asılı olaraq qan göstəriciləri fərqlidir — bütün yaşlar üçün vahid norma yoxdur, bu xüsusilə məktəbəqədər yaşa aiddir. Ümumi qan analizində göstəricilər həm faiz, həm də mütləq kəmiyyətlə verilir; mütləq rəqəm daha etibarlı göstəricidir və bəzən onu hesablamaq lazım gəlir.

Dəmir və ferritin

Zərdab dəmiri qeyri-sabit göstəricidir, gün ərzində bir neçə dəfə dəyişə bilər — yalnız bu analizə əsasən dəmir çatışmazlığı diaqnozu qoyulmur. Ferritin dəmir ehtiyatlarını qiymətləndirmək üçün daha sabit göstəricidir, lakin qan zülalı olduğu üçün xəstəlik zamanı yüksəlir. Buna görə ferritin xəstəlikdən ən azı 3–4 həftə sonra verilir.

Praktiki qeydlər

  • Ümumi qan analizi acqarına verilir; yalnız su içmək olar
  • Yemək bəzi göstəriciləri yalançı şəkildə yüksəldə bilər
  • Nəticələrin düzgün şərhi üçün uşaq haqqında məlumat lazımdır — buna görə qəbulda çox sual verilir
  • Göstəriş olmadan verilən analizlər çox vaxt narahatlığı artırır

Tez-tez verilən suallar

Yalnız analiz şərhi üçün gəlmək olar?

Bəli, lakin nəticəni düzgün qiymətləndirmək üçün uşağın şikayəti, yaşı və vəziyyəti barədə məlumat lazımdır.

Nəticələr normadan kənardırsa nə etməli?

Tək bir rəqəm diaqnoz demək deyil. Nəticə uşağın klinik vəziyyəti ilə birlikdə qiymətləndirilir.

Qəbul

Uşağınız üçün qəbul vaxtı təyin edin

Zəng edərək uyğun vaxtı dəqiqləşdirin. Qəbul 0–18 yaş uşaqlar üçündür.

Qəbula yazıl